Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsilli milyonçunun bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı


25.01.2019  12:15 

Nazirlik atılmış uşaqları ailələrinə qaytarmaq istəyir





A+  A-

Nazirliyin əsas fəaliyyət istiqaməti uşaq evlərində olan uşaqların ailələrinə qaytarılması ilə bağlı olacaq.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Mudafiəsi Naizrliyinin (ƏƏSMN) Əlilliyi olan şəxlərin sosial müdafiəsi siyasəti şobəsinin müdiri Sabir Qocayev bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, uşaq evlərindəki uşaqların öz ailələrinə qaytarılması üçün onlara dəstək olunacaq:

"Bu gün övladlığa verilmədə əsas problem 4-5 yaşdan yuxarı uşaqlarla bağlıdır. Çünki ailələr əsasən daha azyaşlı uşaqları götürmək istəyir. Bundan başqa, ailə uşağından imtina etmirsə, müəssisədə olan həmin uşaqların da övladlığa verilməsi mümkün olmur. Bizim əsas məqsədimiz isə uşaqların öz ailələrinə qaytarılmasıdır. Bu istiqamətdə ailələrə dəstək olunacaq. Bunun üçün uşağın müəssisəyə yerləşdirilmə səbəbi araşdırılacaq. Bu ailələrin özünəməşğulluq, məşğulluq prosesi, peşə kurslarına cəlb edilməsi nəzərdə tutulur".

Şöbə midiri qeyd edib ki, maddi vəziyyətdən asılı olaraq uşaqların müəyyən xərclərinin qarşılanması üçün dəstək, icbari sığortadan yararlanması üçün baza mexanizmləri hazırlanır:

"Hər bir uşaqla fərdi qaydada iş aparılacaq. Əsas məqsəd uşaqların öz ailələrinə qaytarılmasına dəstək olmaqdır. Bütün bu dəstəkdən sonra uşağına lazımı şərait yaratmayan valideynlər bu hüquqdan məhrum ediləcək”.



Xəbər 1688 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +