Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”


18.12.2017  09:58 

Azərbaycanda 528 nəfər qidadan zəhərlənib





A+  A-

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 318 qida zəhərlənməsi baş verib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 528 nəfər zərər çəkib.

Yanvar-noyabr ayları ərzində 19 botulizm hadisəsi baş verib. Nəticədə 35 nəfər zəhərlənib, 4 nəfər dünyasını dəyişib. Botulizmdən sonuncu ölüm hadisəsi Bakının Nəsimi rayonu ərazisində, hisə verilmiş balıqdan baş verib. Ondan əvvəl baş verən ölüm hadisələrinə isə məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.


Ümumilikdə qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı ötən illin müvafiq dövrü ilə müqayisədə azalıb.

2016-cı iln yanvar-noyabr aylarında Azərbaycanda 573 qida zəhərlənməsi hadisəsi baş verib, 848 nəfər qidadan zəhərlənib, 2 nəfər isə dünyasını dəyişib.

Xəbər 1448 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +