Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsilli milyonçunun bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Mən boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı


07.03.2025  12:11 

Məzarı Nitse şəhərində olan azərbaycanlı general





A+  A-

General-mayor Teymur Hacı bəy oğlu Novruzov 1880-ci ildə Tovuz rayonunda anadan olub.

Teymur bəy Azərbaycan Xalq Cumhuriyyətinin generalı olub.

1919-cu ildə onun süvari diviziyası Əskəranı və Xankəndini erməni-daşnak qüvvələrindən tamamilə təmizləyib.

Teymur bəy 1920-ci ilin may ayında Azərbaycanın Gəncə şəhərində işğalçı Qızıl Orduya qarşı baş verən silahlı qiyamın təşkilatçılarından və başçılarından olub.

General 1961-ci il Fransada dünyasını dəyişib. Onun məzarı Fransanın Nitse şəhərinin Kokad qəbristanlığında yerləşir.

Məzar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təmir olunub.


Xəbər 1290 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +