Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


10.09.2018  17:43 

“Ermənistana güzəşt limitimiz tükənib” – DADP sədri





A+  A-

“Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı “Kommersant” qəzetinə verdiyi müsahibəsində “Əgər Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə hazırdırsa, o zaman biz də hazırıq” kimi sərsəm fikir səsləndirməsi bəri başdan danışıqlar prosesini dalana dirəmək cəhdidir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədrinin fikrincə, ən qəribəsi də budur ki, nə "Kommersant"ın müxbiri, nə də ki erməni jurnalistləri bu hərdəmxəyal-fantazyor baş nazirdən soruşmur ki, Azərbaycan nədə və niyə güzəştə getməlidir? Axı Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycanın müharibə variantına əl atmayıb 25 ildir sülh danışıqları aparmasının özü elə Ermənistana edilə biləcək ən böyük güzəştdir ki, biz də bu güzəşti artıq etmişik: “Bundan sonra Ermənistana qarşı edə biləcəyimiz güzəştlər limitimiz tükənib. Ermənistan tərəfi isə bu adi həqiqəti dərk edə bilmir və görünən budur ki, Paşinyan kimi gah nala, gah da mıxa vuran səbatsız bir siyasətçi ilə normal danışıqlar aparmaq və anlaşmaq çox çətin olacaq. Paşinyan odla oynayır. Onun Qarabağ məsələsində bu qədər qeyri-ciddi və dəyişkən mövqe nümayiş etdirməsi odla oynamaqdan başqa bir şey deyil. Amma anlamır ki, müharibə odunda ilk yanan da elə özü olacaq”.

Xəbər 2104 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +