Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


25.08.2018  11:53 

Merkel Bakıda - Əliyevlə görüşdü





A+  A-

Almaniya Kansleri Angela Merkel bu gün Azərbaycana səfərə gəlib.
XəzərNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Almaniyanın Kansleri Angela Merkeli hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Angela Merkelin avqustun 25-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Almaniyanın Federal Kanslerinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev kansler Angela Merkeli qarşılayıb.

***

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra prezident İlham Əliyevin və Almaniya kansleri Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

Prezident və kansler görüşdə çıxış ediblər.

Xəbər 2044 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +