Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


30.01.2018  10:27 

ABŞ 11 təhlükəli ölkədən miqrant qəbulunu bərpa etdi





A+  A-

ABŞ hökuməti 11 ölkədən miqrant qəbuluna edilən qadağanı ləğv edib.
XəzərNews.az xəbər verir ki, bununla yanaşı, yoxlama qaydaları sərtləşdirilib. Bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kirsten Nilsen məlumat verib.

Onun sözlərinə əsasən, hökumət bu ölkələrdən miqrant kimi müraciət edənlərə qarşı təhlükəsizlik tədbirlərini artıracaq. Məqsəd terrorçulara, cinayətkarlara və fırıldaqçılara bu proqramdan istifadə etməyə imkan verməməkdir: "Bu dəyişiklik bizə nəinki özümüzü müdafiə etməyə, eyni zamanda əsl qaçqınlara təqibdən qurtulmağa da imkan verəcək".
Bundan sonra müəyyən ölkələrin vətəndaşları ABŞ-a giriş etmək üçün əlavə yoxlamalardan keçəcəklər. Təhlükəli ölkələr siyahısı isə hər 7 aydan bir dəyişəcək. Rəsmi olaraq bu siyahı çıxmasa da, mətbuatın xəbərinə əsasən, Misir, İran, İraq, Yəmən, Şimali Koreya, Liviya, Mali, Suriya, Somali, Sudan və Cənubi Sudan daxildir.

Xəbər 1517 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +