Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


10.02.2025  12:44 

Məşhur müğənni millətlərarası gərginliyi qızışdırmaqda şübhəli bilinir





A+  A-

Qırğızıstanda məşhur müğənni Kayrat Primberdiyev milli ədavəti qızışdırmaqda şübhəli bilinərək respublikanın xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

XəzərNews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) mətbuat mərkəzindən məlumat verilib.

“Faktla bağlı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin “İrqi, etnik, milli, dini və ya regionlararası ədavətin (nifaqın) salma” maddəsi ilə başlanmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri çərçivəsində Qırğızıstan Respublikasının vətəndaşı, 1985-ci il təvəllüdlü P.K.T. müəyyən edilib. Müğənni “Ayran” YouTube kanalında, millətlərarası ədavəti qızışdırmaq məqsədi daşıyan açıqlamalar verib”- deyə məlumatda qeyd olunub.

Hazırda müvafiq istintaq və prosessual hərəkətlər həyata keçirilir.

Aylin
XəzərNews.az



Xəbər 983 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +