Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


06.09.2020  18:36 

Yaponiyada 1,6 milyon insan evakuasiya edilir





A+  A-

Bu gün “Hayşen” qasırğasının yaxınlaşması ilə əlaqədar Yaponiyanın yerli hakimiyyət orqanlarına ölkənin cənub və cənub-qərbində yerləşən yaşayış məntəqələrindən 1,67 milyon sakinin evakuasiya edilməsi barədə tapşırıq verilib.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Evakuasiya planı Saqa, Naqasaki, Kumamoto, Oita, Miyadzaki və Kaqosima əyalətlərini əhatə edir. Eyni zamanda ölkənin cənub və cənub-qərbində yaşayan 5,6 milyon insana qasırğa ilə əlaqədar tövsiyələr verilib.
Yaponiya Milli Meteorologiya İdarəsi sutka ərzində 600 mm-ə qədər yağıntı düşəcəyi barədə xəbərdarlıq edib. Bəzi rayonlarda küləyin sürəti saniyədə 50 metrə çatır.

Bu gün “Hayşen” qasırğası ilə əlaqədar 550-dən çox daxili aviareys təxirə salınıb, sentyabrın 7-dən isə ölkənin cənub və cənub-qərbində qatarların hərəkəti dayandırılacaq.

Xəbər 1585 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +