“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur


18.02.2018  11:12 

Salyanda dəhşətli yol qəzası - 2 ölü, 2 yaralı





A+  A-

Bu gün səhər saat 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Masallı rayonunun Boradigah qəsəbə sakini, 57 yaşlı Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi 44 BM 994 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən 90 JP 203 dövlət nömrə nişanlı 57 yaşlı Bakı şəhər sakini Natiq İdayət oğlu Əliyevin idarə etdiyi “Nissan” markalı avtokranla toqquşub.

Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Masallı rayon Boradigah qəsəbə sakini Şəbnəm Seydulla qızı Musayeva və həmin qəsəbədən olan digər sərnişin - 18 yaşlı Asif Vaqif oğlu Qardaşov alıdqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - Boradigah sakinləri 50 yaşlı Nurəliyeva Gülzar Firudin qızı və 30 yaşlı Ağarəhimov Amin Həbibulla oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına terləşdiriliblər. Yuxarı sağ ətrafından ağır xəsarət alan Gülzar Nurəliyeva hazırda əməliyyata götürülüb.

Hadisənin avtokranın ötmə əməliyyatında olarkən onunla eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşması nəticəsində baş verdiyi deyilir.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.

Xəbər 1676 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +