Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


01.09.2024  13:25 

Neftçalada seçki təxribatları: Vəfa Nağı namizədin vəkilini şillələdi - VİDEO





A+  A-

70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağı və tərəfdarları bir sıra seçki məntəqələrində təxribatlar törətməyə cəhd ediblər.

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, vəkilləri ilə məntəqlərə daxil olan və səsvermə prosesinin gedişini pozan V.Nağı məntəqə seçki komissiyası rəhbərlərini təhqir etməkdən də çəkinməyib.

Bankə qəsəbəsi, 17 saylı seçki dairəsində V.Nağı vaxtilə deputatlığa namizəd olmuş, hazırda isə həmin dairədən namizəd olan Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanova hücum edib. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, V.Nağı "Şərəfsiz" deyərək, H.Qurbanovu təhqir edir, ardınca telefonla burnundan itələyir, daha sonra isə ona şillə vurur. H.Qurbanov da öz növbəsində V.Nağıya eyni şəkildə qarşılıq verir.

Hadisədən sonra sosial şəbəkədə canlı yayım açan V.Nağı Azərbaycan xalqının ünvanına aşağılayıcı ifadələr səsləndirib.

Qeyd edək ki, artıq Nefçaladakı seçki məntəqəllərində baş verən təxribatlar protokollaşdırılıb və dairə seçki kommissiyasına təqdim edilib.

Həmin görüntüləri sizə təqdim edirik:



Xəbər 4277 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +