İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


20.02.2017  18:33 

Akif Çovdarovun səhhəti pisləşdi, məhkəmə yarımçıq saxlanıldı





A+  A-

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdən sonra A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.

Onlar proseslə bağlı heç bir açıqlama verməyiblər.
Daha sonra təqsirləndirilən A.Əliyevin müdafiəçisi Anar Qasımlı isə jurnalistlərə açıqlamasında bildirib ki, iclasda zərərçəkmiş qismində “Yeni Yasamal“ MTK-nın sədri Cahangir Alışov dindirilib. C.Alışov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.
O, istintaqakı dindirilməsində göstərib ki, A.Çovdarov onu MTN-in inzibati binasına çağırıb, 500 min manat tələb edib. Daha sonra C.Alışov A.Çovdarova 350 min manat verib.
Günün ikinci yarısında davam etdirilən iclasda zərərçəkmiş C.Alışov vəkillərin suallarını cavablandırıblar.

A.Çovdarovun vəkili S.Rəsulov jurnalistlərə açıqlamasında qeyd edib ki, daha sonra məhkəmə prosesində zərərçəkmiş C.Alışovun epizodu üzrə bir neçə şahid ifadə verib.
S.Rəsulov bildirib ki, şahidlərin dindirilməsi zamanı müvəkkili A.Çovdarovun səhhəti pisləşib: “Buna görə Akif Çovdarov məhkəmədə iştirak edə bilmədi. İclas yarımçıq dayandırıldı".
Məhkəmənin növbəti prosesi fevralın 22-nə təyin edilib.

(report.az)

Xəbər 9317 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +