Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


18.05.2023  15:06 

“Parlament sədri“ “prezident“i istefaya çağırdı





A+  A-

Qarabağdakı separatçı qurumun "parlament sədri" Artur Tovmasyan "prezident" Arayik Arutyunyanı istefaya çağırıb.

O, bununla bağlı müraciət ünvanlayıb.

Onun müraciətində deyilir:

"Cənab Prezident, mən heç vaxt sizin işinizə qarışmamışam, siz də heç vaxt parlamentin işlərinə qarışmısınız. Mən belə bir model təklif etdim: amorf qurum yox, 90-cı illərdə bizi xilas edən Dövlət Müdafiə Komitəsi yaradılsın. Mən ölkə prezidentinə təklif etdim ki, onun tərkibinə iki nəfər daxil edilsin: Ruben Vardanyan və Samvel Babayan. Onların mövqeyini bilmirəm. Mümkündür ki, bundan imtina edəcəklər. Niyəsini soruşmayın".

Tovmasyan Arutyunyana xitabən qeyd edib ki, əgər bu model işləməsə, o, ilk dəfə kiminsə xətrinə dəyə bilər:

"Cənab prezident, istefa verin, ya da etimad referendumu keçirin. İnsanlar sizin seçildiyinizə inanmasalar, gedəcəksiniz. Lakin bu o demək deyil ki, siz istefa verəcəyiniz halda Artur Tovmasyan ölkə prezidenti kimi fəaliyyət göstərəcək. Əgər xalq sizə inanmasa, mən də gedəcəm”./Bakupost.az

Xəbər 1137 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +