Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


08.06.2021  14:23 

Deputat pensiya yaşına yenidən baxılmasını təklif etdi





A+  A-

Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında əlilliklə bağlı məsələyə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, deputat pensiya yaşının müxtəlif təbəqələr üzrə fərqli olmasını təklif edib:

Biz pensiya yaşı ilə bağlı məsələyə yenidən baxmalıyiq. Məsələn, şəxs 65 yaşında fəhlə işləyə bilməz, amma təzə-təzə müəllim işləyə bilər. Onda da deyirlər ki, hələ təzə müdafiə ediblər, ad alıblar və.s Ona görə də yaş həddləri müxtəlif tutulmalıdır. Necə ki hüquq mühafizə orqanlarında pensiya yaşı 55 yaşdır”.

Deputat əlilliyi olan şəxslərin statusunun ləğv edilməsinə də toxunub:

“ Həmin şəxslərə alternativ olaraq iş yerləri təmin edilməli, özünəməşğulluq proqramına daxil edilməlidir. Adam bu gün təqaüd alır, sabah deyirlər ki, almırsan. Kiminsə evinə gələn pulu kəsməyə başlamışıq pandemiya dövründə. Onların böyük hissəsi sosial pensiya ilə təmin olunmalıdır. O baxımdan bunlar nəzərə alinsa yaxşı olar.

Ola bilsin ki, şəxslər avtomobil qəzası zamanı əlil olub. Bu zaman onların da sosial əlilliyə ehtiyacı var. Ancaq onların Qarabağ əlili kimi özlərini təqdim etməsi doğru deyil".

Xəbər 3057 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +