Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


23.04.2021  09:43 

“Nikah şəhadətnaməsiz otellərə giriş əxlaqsızlığa yol açır”





A+  A-

“Əxlaq polisinin və mənəviyyat komissiyasının yaradılması ilə bağlı təklifimdən 30 il ötür. Həmin dövrdə özəl televiziyalarda filmlər, reklamlar nümayiş etdirilirdi. Təklifimiz həyata keçməsə də, biabırçılıqlar aradan qaldırıldı. Bu, millətin psixologiyasında dərin zədə qoydu. İndi məni narahat edən məsələ mehmanxanalara qadın və kişilərin nikah şəhadətnaməsi tələb edilmədən buraxılmalarıdır. Sizin pul qazanmaq istəyiniz millətin taleyindən bu qədərmi üstündür?! Balalarımız, nəvələrimiz var, onlar bizim gələcəyimizdir. Bilirsiniz ki, nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır”.
XəzərNews.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, bu cür hallarla mübarizə aparmaq lazımdır: “Gələcəyimizi məhv etmək olmaz. Cənubi Koreya ateist dövlətdir. Orada mini yubka, açıq-saçıq geyinən qadınlar 45 dollar cərimə edilirlər. Bu metodun Azərbaycanda tətbiq edilməsini təklif etsəm, qəbul etməyəcəksiniz. Bəs biz necə müsəlman ölkəsiyik? Ərəblərin hərəkətləri yadımızdan çıxmır. Formula-1 yarışı zamanı hotelin eyvanından baxan kişinin alt paltarı çiynindən aşırılmışdı. Bizim milli dəyərlərimiz var. Koreya müsəlman dövləti deyil, amma milli dəyərlərini qoruyur. Nə üçün biz müsəlman olduğumuz halda milli dəyərlərimizi qorumuruq? Bəzən deyirlər, filan məsələ qalıb kənarda, başqa məsələdən danışırsınız... Biz hər məsələdən danışırıq, danışacağıq. Azərbaycan millətinin taleyinə nə ziyandırsa, qarşısını almağa çalışacağıq. Geri çəkilməyəcəyik”.



Xəbər 4927 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +