Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var
Dağıdılan evdən nə xəbər? - VİDEO


25.10.2022  13:47 

Nigar Arpadarai Antalyaya gedir





A+  A-

Milli Məclisin deputatı Nigar Arpadarai Avropa Şurasının idman nazirlərinin 17-ci konfransında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.

XəzərNews.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, konfransda “İdman bizi daha güclü cəmiyyətlər üçün birləşdirir” və “Sağlam və davamlı gələcək üçün idmana yeni yanaşma” mövzularında məruzələr dinlənəcək, müvafiq qərarlar qəbul olunacaq.

Tədbir çərçivəsində miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası mövzusu ətrafında dəyirmi masalar keçiriləcək. AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin mövzu üzrə məruzəçisi Nigar Arpadarainin dəyirmi masada iştirakı gözlənilir.

Səfər oktyabrın 27-də başa çatacaq.

Xəbər 1281 dəfə oxunub.



29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +