Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


21.06.2017  09:57 

İş tapmaq asanlaşacaq





A+  A-

Azərbaycanda işəgötürən və iş axtaranlar üçün elektron vakansiya sistemi hazırlanır. Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi tərəfindən hazırlanan yeni sistem vasitəsilə vətəndaşların məşğulluq xidmətinə gəlməsinə ehtiyac qalmayacaq.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bu barədə nazir Səlim Müslümov jurnalistlərə məlumat verib. Azərbaycanda işəgötürən və işaxtaranlar elektron sistem vasitəsilə bir-birlərini tapa biləcəklər. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni virtual vakansiya sistemi yaradılır.

S. Müslümov deyib ki, yeni sistem istifadəyə verildikdən sonra vətəndaşın məşğulluq xidmətlərinə gəlmələrinə ehtiyac qalmayacaq.

Nazir Azərbaycanda iş üçün müraciət edənlərin sayının azaldığını da deyib. Onun sözlərinə görə, bu ilin ilk beş ayında 69 min 250 nəfər iş üçün məşğulluq orqanlarına müraciət edib. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm 141 min 651 olub.

Səlim Müslümov hazırda ölkəmizdə fəhlə peşələri üzrə kadrların az olduğunu, işaxtaranların əksəriyyətinin isə qazancı az olsa belə, zəhmətsiz iş axtardıqlarını bildirib.

Xəbər 1363 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +