Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi


19.03.2022  15:20 

Binə hava limanında gərginlik - Təyyarələr niyə gecikir? - Fotolar





A+  A-

"Buta Airways" aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 və J2-9105 reyslərinin uçuşu gecikir.

XəzərNews.az-a daxil olan məlumata görə, hava limanının nümayəndələri gecikməni İstanbuldakı qarlı hava şəraiti ilə əlaqələndirilər.

Səhər 07.45-də baş tutmalı olan reys axşam olmasına baxmayaraq hələ də gözləmədədir. Təyyarə biletinə, otellərin rezarvasiyasına pul ödəyən sərnişinlər çətin vəziyyətdə qalıblar.

AZAL-ın rəsmi saytında "gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar" – açıqlaması isə ağ yalandan başqa bir şey deyil: “Bizi heç nə ilə təmin etmirlər, ac-susuz gözləyirik”.

Şikayətçilər bildirir ki, onların AZAL-ın səlahiyyətli nümayəndəsini tələb etmələrinə yalnız qeydiyyatda oturan agentlər cavab verir: “Deyirlər ki, reys ləğv olunacağı təqdirdə yalnız biletlər dəyişdiriləcək, digər xərclərə AZAL cavabdeh deyil. Məhkəməyə verib dəyən zərəri geri istəyə bilərsiniz”.

Bu arada "Buta Airways" aviaşirkəti məlumat yayaraq bildirib ki, Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir:

“İstanbul hava limanında güclü qar müşahidə olunur. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər”.

Saytmıza İstanbulan verilən məlumata görə, uçuşun həyata keçiriləcəyi məntəqədə hava şəraiti heç də "Buta Airways" aviaşirkətinin yaydığı məlumatda qeyd edildiyi kimi mürəkkəb deyil.

Digər tərəfdən hava şəraitinin pis olacağı və ya təyyarənin gecikəcəyi ilə bağlı sərnişinlərə əvvəlcədən heç bir məlumat verilməyib.








Xəbər 1875 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +