Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi


26.05.2017  11:34 

240 ədəd saxta 100-lük tutuldu





A+  A-

Cəlilabad Rayon Polis Şöbəsinə rayonun Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əskinaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
DİN mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qaraşov 240 ədəd saxta 100 manatlıq əskinası satmaq istəyən zaman cinayət başında saxlanılıb.
Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əskinasları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən saxta əskinaslar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir.
İlkin ifadəsi zamanı saxlanılan şəxs əldə etdiyi saxta pulları satmaq niyyəti ilə aldığını etiraf edib.
Qeyd edilən faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1512 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +