Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


02.09.2017  12:54 

Füzulidə Qurban bayramı münasibətilə sovqatlar paylanıb





A+  A-

Milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğuların təntənəsi olan Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da qeyd olunub.
XəzərNews.az xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə Horadiz şəhərində Qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanıb. O, rayon sakinlərini mənəvi birliyin, saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik edərək əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulayıb.

Rayon İcra Aparatının məsul işçiləri iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində şəhid olan azyaşlı Quliyeva Zəhra Elnur qızının və onun nənəsi Allahverdiyeva sahibə İdris qızının ailəsinə baş çəkiblər. Onlara bayram sovqatı təqdim edilib.

Bundan əlavə ərazidəki icra nümayəndələri tərəfindən hər bir kənd və qəsəbədə qurbanlar kəsilərək şəhid ailələrinə və aztəminatlı ailələrə paylanılıb.




Xəbər 1725 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +