Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


25.08.2021  10:46 

Gürcüstanda yeni məhdudiyyətlər qüvvəyə mindi





A+  A-

Gürcüstan ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq edir.
XəzərNews.az Gürcüstanın KİV-nə istinadən xəbər verir ki, bu gündən etibarən ölkədə kafe və restoranlar 22:00-a kimi fəaliyyət göstərəcək.

Bu yeni qərardan əvvəl kafe və restoranlara 23:00-a kimi müştərilərə xidmət göstərməyə icazə verilirdi.

Bununla yanaşı, idman tədbirlərinin azarkeşsiz keçirilməsi ilə bağlı da qərar verilib.

Qeyd edək ki, avqustun 14-dən başlayaraq Gürcüstanda festivalların, əyləncəli tədbirlərin, konsert və idman yarışlarının keçirilməsinə qadağa qoyulub.

Bununla yanaşı, Tbilisi, Batumi, Kutaisi və Rustavi kimi şəhərlərdə avqustun 14-dən sentyabrın 4-nə kimi ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Xəbər 1936 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +