Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


11.06.2020  11:20 

“Terrorçular şəhəri ələ keçirib” - Tramp





A+  A-

ABŞ Prezidenti Donald Tramp Sietldəki etirazçıları terrorçu adlandırıb.
XəzərNews.az xəbər verir ki, Tramp bu barədə rəsmi tvitter hesabında yazıb: “Radikal sol demokratlar tərəfindən idarə olunan yerli terrorçular Sietl şəhərinə nəzarəti ələ keçirib”.

Belə ki, ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən öldürülən Corc Floyd üçün Sietl şəhərində təşkil olunan etirazlar zamanı etirazçılar şəhər şurası və bələdiyyə binalarını ələ keçirərək “Sietl müstəqil ərazisi” adlı plakatlar asıblar.

Prezident Tramp isə Vaşinqton qubernatoru Cey İnsli və şəhər meri Cenni Durkanı tənqid edərək iğtişaşlara qarşı daha qətiyyətli addımlar atmağa çağırıb.

“Dərhal şəhərinizi geri qaytarın. Əgər siz bunu etməsəniz, mən edəcəm. Bu, oyun deyil. Bu vəhşi anarxistlər dərhal dayandırılmalıdır!”

Qeyd edək ki, daha əvvəl Sietldə yerli idarəetmə etirazçıları dağıtmaq üçün polisin gözyaşardıcı qazdan istifadəsinə 30 günlük qadağa qoyduğunu açıqlamışdı.

Xəbər 1596 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +