Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


17.10.2021  22:50 

Bahalaşmaya görə maaş və pensiyalar nə qədər artmalıdır?





A+  A-

Azərbaycanda maaş və pensiyaların artırılmasına dair hökumətə təkliflər hazırlamaq tapşırılıb. Bu barədə Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamda deyilir.

"Bu sərəncamın indi elan olunması əhaliyə ümid vermək məqsədi daşıyır", - iqtisadçı ekspert, sabiq millət vəkili Nazim Bəydəmirli düşünür.

"Bu sənəd gələcəklə bağlıdır, insanların sosial siyasətlə bağlı gözləntilərini artırmaq məqsədi güdülür, demək istəyirlər ki, bir az gözləyin, yaxşı olacaq", - Bəydəmirli BBC News Azərbaycancaya söyləyib.

Ötən gün Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti artıb.

Tarif Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi.

Təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb.

Elektrik enerjisinin də əhali üçün tarif diferensiasiyası bahalaşma istiqamətində dəyişib.

Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minir.

Nazim Bəydəmirlinin qənaətinə görə, maaş və pensiyaların artırılmasına dair hökümətə təkliflər hazırlamaq tapşırığı barədə sərəncamın verilməsi "anons xaraketrlidir."

"Bunu elan etməyə ehtiyac yox idi. Bu hər il baş verir. Bu kimi məsələlər işçi qaydada həll olunur, əhalinin sosial durumun yaxşılaşdırılmasına dair təkliflər hazırlayıb, təqdim etmək hökümətin vəzifəsidir. Odur ki, bunu elan etmək mənə qəribə gəldi, çünki, əvvəlki illərdə belə şeylər baş verməmişdi", Bəydəmirli deyib.

İqtisadçı ekspert hesab edir ki, ölkədəki bahalaşma, inflasiya və digər amillər nəzərə alınmaqla, maaş və pensiyalar azı 25-30 faiz artırılmalıdır.

"Ötən illərin təcrübəsinə əsaslanaraq artımın təxminən 25 faiz olacağını proqnozlaşdırmaq mümkündür. Ancaq heç 30 faiz də müşahidə edilən bahalaşmanı kompensasiya etməz", - iqtisadçı deyib.

Bəydəmirli dövlət qulluqçularının maaşlarının orta hesabla 25 faiz, pensiya və müavinətlərin isə 15 faiz artacağını güman edir.

Artımın nə vaxt baş verəcəyi məsələsinə gəldikdə isə, iqtisadçı maaş, pensiya və social müavinətlərin gələn ilin yanvarın 1-dən artırılacağını düşünür./BBC News Azərbaycanca/

Xəbər 1827 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +