Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


21.07.2019  13:34 

Hamını qocaldan “FaceApp” nəyi düzgün etmir?





A+  A-

Son zamanların trendinə çevrilən “FaceApp” vasitəsilə qocalma əslində heç də reallığı əks etdirmir.
XəzərNews.az xəbər verir ki, bu tətbiqetmədə reallıq payı maksimum 33%-dir. Bu barədə rusiyalı həkim-geriatr Valeri Novosyolov fikirlərini bölüşüb. O bildirir ki, proqram şəxs barədə heç də dəqiq hesablanmamış və az informasiyaya malik olduğundan tətbiqetmədən sonra alınan nəticə insanın qocalıq faktoru ilə üst-üstə düşməyə bilər.

“Hər şeydən əvvəl, “FaceApp”ın mövcud şəkildən başqa, normal alqoritmi, geriatrik məlumatları yoxdur. İnsanın qocalıq görüntüsü, hər şeydən əvvəl bir neçə faktordan asılıdır. Bunların arasında həyat səviyyəsi, emosional durum, vərdişlər və başlıcası, genetika var”.

Daha əvvəl plastik cərrah Adelina Altıyeva da açıqlamasında proqramın qadınlarla müqayisədə kişilərdə nisbətən uğurlu alındığını açıqlamışdı:

“Çünki kişilər, qadınlardan fərqli olaraq daha təbii yolla qocalırlar. Proqram qadınların plastik əməliyyatlar, kosmetik prosedurlar etdirib-etdirməyəcəyini nəzərə almadığından heç də dəqiq nəticə göstərdiyini demək olmaz”.

Xəbər 1557 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +