Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


10.07.2019  08:43 

Zelenski bunu da ləğv etdi - Prezidentdən 300 milyonluq qərar





A+  A-

Ukrayna prezidenti Vladimir Zelenski hər il avqustun 24-də ölkədə Müstəqillik günü münasibəti ilə keçirilən hərbi paradı ləğv edib.
XəzərNews.az xəbər verir ki, ukraynalı lider bunun səbəbini Feysbuk hesabında paylaşdığı videomüraciətdə izah edib.

“Adətən avqustun 24-də, Ukraynanın Müstəqillik günündə bizdə cah-calallı və bahalı olmayan hərbi parad keçirilir. Mənə elə gəlir ki, bu il bu paradın əvəzinə bu pulları bizim qəhrəmanlara, hərbçilərə ayırsaq daha yaxşıdır və biz bütün hərbçilərimizə 300 milyon qriven (19925207.31 AZN) ayırmağa qərar verdik”, - lider videoda deyib.

Zelenski qeyd edib ki, ödənişləri kursantlar, serjantlar, zabitlər, yəni Donbasda hərbi əməliyyatlar zonasında tapşırıqlar yerinə yetirən bütün hərbi qulluqçular alacaq. O əlavə edib ki, avqustun 24-də Kiyev Müstəqillik gününü yeni formatda qeyd edəcək.

Məlumat üçün bildirək ki, Ukraynada Müstəqillik günü münasibəti ilə keçirilən ilk parad 1994-cü ildə Kiyevin Kretaşik küçəsində baş tutmuşdu.

Xəbər 1545 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +