Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


23.02.2019  11:17 

Putinlə zarafatlaşan milyarder insan alverində ittiham edilir





A+  A-

ABŞ-ın “New England Patriots” futbol klubunun sahibi Robert Kraft insan alverində ittiham olunur.
XəzərNews.az xəbər verir ki, bu barədə “Business İnsider” nəşri yazıb. Məlumata görə, digər onlarla şübhəli ilə birgə adı hallanan 77 yaşlı milyarder ittihamı qəbul etmir.

İstintaqa görə, Kraft Florida ştatında spa-salonlardan birində seks-xidmətə görə iki dəfə pul ödəyib. Bununla bağlı hüquq-mühafizə orqanlarında videogörüntülər var.

Qeyd olunur ki, istintaq bir neçə ay aparılıb və Floridada masaj salonlarında insan alverinin aparıldığı ortaya çıxıb. Bundan sonra on ədəd spa-mərkəz bağlanıb.

Nəşr bildirir ki, Kraft ABŞ prezidenti Donald Trampla dostluq edir.

Xatırladaq ki, R. Kraft 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinin ona məxsus 25 min dollar dəyərində brilliant qaşlı üzüyünü oğurladığını iddia edib. İş adamınını sözlərinə görə, o dövlət başçısına üzüyü barmağında yoxlamağa verib, Putin isə üzüyü geri qaytarmayıb. Rusiya prezidenti isə nə üzüyü, nə də Kraftı xatırlamadığını bildirərək onun üçün başqa bir üzük sifariş edə biləcəyini söyləyib. Milyarder daha sonra Putinlə əhvalatın zarafat olduğunu deyib.

Xəbər 1440 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +