Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


19.07.2018  14:25 

Gürcüstan Ermənistanın təklifini rədd etdi





A+  A-

“Ermənistan Gürcüstana BMT-də hər iki ölkə əleyhinə olan qətnamələrlə bağlı səsvermə zamanı bitərəf qalmağı təklif edib. Lakin Gürcüstan bu günə qədər bunun mümkün olmadığını bildirir”.
XəzərNews.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan Tbilisidə gürcü jurnalistin sualını cavablandırarkən bildirib.

Gürcüstanın İctimai Televiziyasının jurnalisti T. Balayana sualında Ermənistanın BMT Baş Assambleyasında Gürcüstanla bağlı qətnamənin əleyhinə səs verməsinin səbəbləri barədə maraqlanıb. Gürcü jurnalist bildirib ki, Ermənistanın Gürcüstanın əleyhinə səs verməsi Gürcüstanda narazılıq yaradır. Buna cavab olaraq T. Balayan qeyd edib ki, Ermənistan Gürcüstana hər iki ölkənin əleyhinə olan bəyanatları qarşılıqlı olaraq imzalamamağı təklif etsə də, bu təklif qəbul olunmayıb.
Suala Ermənistan baş nazirin müşaviri Arsen Xaratyan da münasibət bildirib. O deyib ki, BMT-də Gürcüstanın Ermənistanın əleyhinə səs verdiyi qətnamələr də olur.

Qeyd edək ki, Ermənistanın ötən ay BMT Baş Assambleyasında “Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə” qətnamənin əleyhinə səs verib. Ermənistan 2008-ci ildən qeyd olunan sənədi dəstəkləmir.

Xəbər 1597 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +