Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


17.07.2018  14:23 

Ermənistanda cinayətkar dəstə tutuldu





A+  A-

Ermənistanda hərbi xidmətdən yayınmaq istəyənlərə saxta sənədlər hazırlayan dəstə saxlanılıb.
XəzərNews.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. Bildirilir ki, Aramais Sanoyan adlı həkim bu işdə əsas şəxslərdən biri hesab edilir. Belə ki, Sanoyan xidmətdən yayınmaq və ya möhlət almaq istəyənlərə saxta tibbi arayış verib.

Bu işdə hərbi çağırış məntəqəsinin keçmiş əməkdaşı Kolya Kosakyan, Respublika Hərbi Komissarlığının hərbçisi S.M və Qeqarkunik vilayətinin hərbi komissarı Qarik Arakelyanın da olduğu yazılır.

Məlumatda qeyd edilir ki, Kosakyan əlaqələrindən istifadə edərək xidmətdən yayınmaq istəyən bir nəfərdən 14 min dollar alıb. Daha sonra isə o, başqa şəxsə saxta tibbi sənəd almaq üçün Respublika Hərbi Komissarlığında çalışan tanışı S.M və Qarik Arakelyandan kömək alaraq 11 min alıb. Hər üç şəxs barəsində cinayət işi açılıb, ittiham irəli sürülüb.

Xəbər 1460 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +