Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


04.05.2017  18:36 

Avropa Yayım Birliyi Rusiya ilə Ukraynanı hədələdi





A+  A-

Avropa Yayım Birliyi (EBU) “Eurovision” mahnı müsabiqəsinin nizamnaməsini pozduqlarına görə Rusiya ilə Ukraynaya qarşı sanksiya tətbiq edə bilər.
XəzərNews.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Təşkilat Komitəsinin sədri Frank-Diter Fraylinq bildirib.

Onun sözlərinə görə, Kiyev ev sahibi olaraq bütün iştirakçıların çıxışını təmin etmək məsuliyyətini götürüb, lakin rus müğənni Yuliya Samoylovoya qarşı bunu pozub.

Sədr həmçinin qeyd edib ki, sanksiyalar barədə qərar hələ ki, qəbul olunmayıb, amma bu məsələ növbəti həftə müzakirə olunacaq: “Ukraynaya və Rusiyaya qarşı nə kimi tədbirlərin görüləcəyi müsabiqədən sonra elan olunacaq. Bir neçə sanksiya növü nəzərdə tutulub. Bu ya cərimə, ya sponsor dəstəyindən məhrum etmə, ya da 3 ilə qədər müsabiqədən uzaqlaşdırılma ola bilər ”.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsində iştirak etmək üçün seçilmiş Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyub. Buna səbəb isə müğənninin Krıma səfər etməsidir. Y. Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan edilib. Qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə əldə edilmiş məlumatlar əsasında qəbul olunub.
Müğənni uşaqlıqdan əlil arabasında hərəkət edir və birinci qrup əlilliyi var.
“Eurovision-2017”nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.



Xəbər 1279 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +