Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


21.04.2017  10:25 

ABŞ Çinə mesaj verir, Rusiya isə müharibədən qorxur





A+  A-

ABŞ-la Rusiya arasında gərginliyin artması fonunda Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru, istefada olan ganeral Maykl Hayden şərh verib.
XəzərNews.az-ın məlumatına görə, Maykl Hayden CNN-ə müsahibəsində bildirib ki, Rusiya hazırda daha zəifdir. “Təbii ki, heç kim Rusiya ilə vuruşmaq istəmir. Amma bir məsələ də var – ruslar da bizimlə döyüşmək istəmirlər”-deyə o bildirib.

Onun bu fikri beynəlxalq KİV-lərdə “Rusiya müharibədən daha çox ehtiyat edir, nəinki Amerika” mülahizəsinə yol açıb.

General onu da qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə bağlı yürütdüyü siyasət, Əfqanıstandakı İŞİD mövqeyini qeyri-nüvə bombası ilə məhv etmək, Suriya rejiminin hərbi bazasını raketlərlə vurulması qərarı düzgün və ağıllı strategiyadır.

Bununla belə o söyləyib ki, Şimali Koreyanın Tramp və onun komandasının laqeydliyi narahat edicidir. O, ABŞ-ın vitse-prezidenti Mayk Pensin Cənubi Koreya da daxil olmaqla, Asiya-Sakit Okeanı Hövsəzi ölkələrinə səfər etməsini isə daha çox Çinə mesaj kimi dəyərləndirib.

“Bu siqnal Şimali Koreya üçün nəzərdə tutulmayıb. Biz Çinə təsir etmək istəyirik ki, Pekin Şimali Koreyaya təzyiqləri gücləndirsin”.

Xəbər 1758 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +