“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


28.04.2017  22:43 

“Prezidentlər görüşməyə özləri qərar verməlidir”





A+  A-

"Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündə prezidentlərin görüşü müzakirə olunmayıb".
XəzərNews.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu gün Moskvada keçirilən görüşdə müzakirə olunmayıb: "Prezidentlər görüşməyə özləri qərar verməlidirlər".

Nazirlərin Moskva görüşünün necə qiymətləndirilməsi ilə bağlı suala isə E. Məmmədyarov bu barədə məlumatın artıq ümumi bəyanatda əks olunduğunu bildirib:"Görüş barədə Hikmət Hacıyev də məlumat verib. Üçtərəfli görüşün nəticələri barədə biz nazirlər dövlət başçılarına məruzə edəcəyik".

Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri və ATƏT sədrinin fəaliyyətdə olan köməkçisi Anjey Kaspşik iştirak ediblər.

Saat yarımdan çox çəkən görüşün yekununda birgə bəyanat yayılıb. Bəyanatda aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərin işgüzar görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsinin davam etdirildiyi qeyd edilib, 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar.

Xəbər 1962 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +