“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


25.04.2017  14:10 

Azərbaycan Türkiyənin monitorinq prosesinə daxil edilməsinə qarşı çıxdı





A+  A-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat ətrafında müzakirə aparılıb.
Xəbərə görə, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropa Şurasının təsisçilərindən olan Türkiyənin indiki ağır vaxtında bu ölkəyə qarşı monitorinq prosesini açmaq deyil, əksinə, Türkiyəyə yardım etmək lazımdır: “Ümumilikdə hesabatda əks olunanlarla razılaşmaq olar, amma burada bir mühüm məsələ var. Bu da postmonitorinq mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınıb-salınmamasıdır. Bu, qəbuledilməzdir. Düşünün bir görək, postmonitorinqlə monitorinqin fərqi nədədir? Ola bilsin ki, belə bir qərar qəbul olunduqdan sonra ölkə üzrə iki deyil, üç, dörd və daha çox məruzəçi təyin edilsin. Və ya bəlkə bundan sonra Türkiyəyə indikindən daha çox səfərlər ediləcək? Fikrimcə, bu məsələni qabartmaqdansa, biz monitorinq prosesi anlayışının özünü dəyişdirməliyik. Biz doğrudan da Türkiyəyə yardım etmək istəyiriksə, o zaman yaxşı olar ki, bu ölkə üzrə xüsusi bir qrup yaradaq. Assambleya üzvlərindən ibarət olacaq bu qrup türk dostlarımızla əməkdaşlıq edərək bu ölkəni, orada gedən prosesləri daha düzgün anlaya bilərdi. Monitorinq məsələsinə əl atsaq, o zaman biz bu hərəkətimizlə bir növ Türkiyəni cəzalandırmış olacağıq. Bununla biz AŞPA olaraq Türkiyə ilə qurduğumuz münasibətləri pisləşdirə bilərik. Hesab edirəm ki, Türkiyənin postmonitorinqdən monitorinq mərhələsinə salınması əksinə, bu ölkənin Avropadan izolyasiyasına gətirib çıxaracaq. Biz bu məsələdə müdriklik nümayiş etdirib, belə kəskin qərarlara əl atmamalıyıq. Hesab edirəm ki, burada bəzi ölkələr, bəzi dairələr bəlkə də məsələnin bu cür inkişaf etməsini arzulayırlar. Ancaq yaxşı olar ki, biz bu müddəanı hesabatdan çıxaraq. Mən sizi, hörmətli həmkarlarımı, Türkiyəni postmonitorinq mərhələsində saxlamağa, bu ölkəni dəstəkləməyə, Türkiyə və eləcə də Avropa üçün bu çətin vaxtlarda bu ölkəyə yardım etməyə çağırıram”. (apa)

Xəbər 1582 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +