“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


14.04.2017  13:40 

“...O pullar necə oldu” – Siyavuş Novruzov





A+  A-

“Dövlət büdcəsindən mənimsənilən vəsaitlərin geri qaytarılması ən ali şərtlərdən biridir”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zaman deyib.

“Dövlət vəsaitini mənimsəyən insanlara verilən cəzanın növündən asılı olmayaraq əgər dövlət vəsaiti geri qayıtmırsa, o cəzanın nə əhəmiyyəti var?”-deyə deputat bildirib.
Onun sözlərinə görə, kimsə qohum-əqrabasının vasitəsilə külli miqdarda pulu ölkədən çıxarsa və o vəsaitlər qayıtmayacaqsa, o cəzanın nə əhəmiyyəti var?! Əksinə, dövlət həmin şəxslərin həbsdə saxlanmasına vəsait sərf edəcək”.

S.Novruzov qeyd edib ki, Hesablama Palatasına əlavə səlahiyyətlər verilməlidir: “Əgər bir yerdən siqnal daxil olursa ki, orada pozuntular var, Palataya səlahiyyət vermək lazımdır ki, oranı dərhal yoxlasın və nöqsanların qarşısını vaxtında alsın. Yoxsa biz illərlə gözləyək ki, kimsə ora süpürgə çəksin sonra biz axtaraq görək o pullar necə oldu.

Neçə illər banklara inam yaranmışdı, amma bəzilərinin nöqsanları nəticəsində bu gün bank sektorunda problemlər yarandı. Ona görə də bu nöqsanların qarşısı vaxtında alınmalıdır”.

Xəbər 2763 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +