“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


13.04.2017  12:14 

Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiya toplandı





A+  A-

Bu gün Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası öz işinə başlayıb.
XəzərNews.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edir.
Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik edir.
Birgə Komissiyanın iclasının işində hər iki ölkənin Dövlət Komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak edir.
İclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılır. Eyni zamanda, Birgə Komissiya tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılması və təsdiq edilməsi nəzərdə tutulur.
Birgə Komissiyanın iclası 17 aprel 2017-ci il tarixinə qədər davam edəcəkdir.

Xəbər 2442 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +