Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video


10.03.2025  13:47 

Elə 51 QHT yoxdur ki, Qərbi Azərbaycanla bağlı sanballı layihə ortaya qosyun - Deputat





A+  A-

“Ölkədə QHT-lərin inkiaf etməsinə normal, görülən işlərə əhəmiyyətli baxmalıyıq. Amma elə 51 QHT yoxdur ki, Qərbi Azərbaycanla bağlı sanballı layihə ortaya qosyun. Mənim bununla bağlı şübhəm var”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin keçirdiyi ictimai dinləmədə parlamentin deputatı Elşad Musayev deyib.

“Vaxtilə Xankəndi məsələsində hamı deyirdi ki, reinteqrasiya olaq, biz dedik ki, onların burada yaşamaq hüququnu özləri əllərindən alıblar, gedirlərsə, getsinlər. Biz haqlı çıxdıq. 20 il əvvəl Qarabağ məsələsini ortaya qoyanda, xülya kimi baxırdılar. Deyirdilər ki, Qəbi Azərbaycan gedib, Qarabağ da getdi. Ona görə də bu məsələri gündəmə gətirməkdən qorxmamalıyıq. Erməni bizim torpağımızı işğal altında saxlayır, yenə iddiaları var, biz isə burada ütülü danışırıq. Xeyr, elə şey yoxdur.

Onlar da bilməlidir ki, biz heç bir hüququmuzdan, keçmişimizdən, tarixi torpağımızdan imtina etməmişik. Bundan başqa, görülən işlərlə bağlı məsləhətləşmək lazımdır. Yoxsa, istənilən adam gedib hansısa kənddə aşıq filankəsin yaradıcılıq gecəsinə baxıb deyir ki, buna pul ayırın. Bu məsələlərdə dövlətin vəsaiti var, biz də bunları hesablamalıyıq. Görürsünüz ki, Tramp hakimiyyətə gəlib qəpik hesablayır. Bundan başqa, xaricə gedənlər, orada 5-10 azərbaycanlını yığıb tədbir keçirməyin nə mənası var?!”, - deyə deputat bildirib./Unikal.az



Xəbər 1451 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +