Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO


04.03.2017  16:22 

Neft estakadasının uçduğu ərazinin yaxınlığında meyit tapılıb





A+  A-

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında naməlum kişi meyiti aşkar edilib.
Axtarış-Xilasetmə Qərargahından XəzərNews.az-a verilən məlumata görə, meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan prezidentinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xəbər 2732 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +