Biz futbolu harda oynayırıq?
Gömrük Komitəsində nə baş verir?
Azərbaycan kişisinin ideal qadın obrazı bunlarmı?
Rusiyada qadını öldürüb Azərbaycana gəldilər
Döyülən uşağın məsələsi böyüyür...
Tramp ABŞ-dəki ukraynalıları deport edir
Ağ Ev onlarla ilə gizli əlaqə saxlayır
Tıxaca səbəb iftar imiş... - RƏSMİ
Reabilitasiya Mərkəzindəki yanğın söndürülüb - VİDEO
Döyülən gəncin valideyinləri nə tələb edir? - VİDEO


06.12.2024  17:33 

Qubada dələduzluq edən şəxslər saxlanılıb





A+  A-

Quba RPŞ-nin əməkdaşları dələduzluq etməkdə təqsirli bilinən Əziz Seyidov və Mahir Bayramovu saxlayıblar

Xəzərnews.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq, özgənin etibarından sui-istifadə etməklə bir nəfərin əmlakını ələ keçiriblər.

Onlar zərərçəkmişə işə düzəldəcəkləri vədini verərək, Bakı şəhərində yerləşən evini girov qoyub, əvəzində pul götürüblər. Lakin vədlərinə əməl etməyərək, həmin şəxsə 102 min manat maddi ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər 3909 dəfə oxunub.



06.03.2025  21:18 

Biz futbolu harda oynayırıq?

06.03.2025  14:03 

Sabah hava isti olacaq

05.03.2025  23:10 

“Bir az əvvəl siz aldatdılar“


BÜTÜN XƏBƏRLƏR +