Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


19.04.2023  14:29 

Xırdalana, manatdan!





A+  A-

Evə gələndə "manatlıq taksi"yə mindim. Sürücü də mən yaşlarda, hicablı xanım. Əlavə də iki xanım sərnişin. Elə tərpənəndə məlum oldu ki, sərnişinlərdən biri sürücünün anası, digəri də tanışıdır.

100 metrdən sonra sürücümün əslində sürücülük müəllimi olmasını bildim. 200 metr sonra da məlum oldu ki, digər sərnişin müəllimədir və "avtoş" kimi maşın sürməyi öyrənmək istəyir. 300 metrdən sonra sürücülük müəlliməsi tanışına avtomobili idarə etməyi öyrədəcəyinə söz verdi, - saatı 15 AZN. Üstəlik avtoxuliqanlıq etdiyi üçün 4 dəfə polis tərəfindən cərimə edildiyini, "Nizami" metrosunun yanında "07" ilə iki təkər edən ilk avtoş olduğu da tərəfindən ərz edildi.

İki dəfə "Rabbənə ətina" üç dəfə "Qülhuvallah" oxuyub kəmərimi bağlayıb özümü Rəbbimə təslim etdim.

Qəfil söhbət təhsilə, uşaqların qayğılarına keçdi. Sürücü xanım tez-tez "düz demirəm, müəllim?" deyib məni söhbətə "kurs" elədi. "Xırdalan kruqu"nda artıq xanımlarla oğluma necə qız seçəcəyimi, hansı ixtasası yönəldəcəyimi müzakirə edirdim.

Ünvana çatanda xanım maşını kənara çəkdi, yarım saat da dolmaya nə qədər yağ, nə qədər quyruq vurmaq lazım olduğunu, süd daşmasın deyə hansı tədbir görməli olduğumu, duş kabinasının şüşələrini sirkə-soda ilə təmizləməyin faydalaranı müzakirə edib sağollaşdıq. Ayrılanda qadınların üçü də, "maşallah, nəmxuda belə kişiyə!" deyib üç dəfə pəncərədən tüpürdülər.

Bəxtəvər şəkildə gəldim evə.

Birazdan manikür edib serialıma baxacam.

Cəlil Cavanşir

Xəbər 987 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +