Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


14.12.2018  21:59 

İlham Məmmədov beynəlxalq müsabiqənin münsiflər heyətində





A+  A-

İctimaiyyətlə əlaqələr (PR) üzrə azərbaycanlı mütəxəssis Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (İPRA) “Eventiada IPRA Golden World Awards 2018” müsabiqəsində münsiflər heyətində yer alıb. Bu barədə müsabiqənin rəsmi internet səhifəsində - https://www.ldfforum.com/en/ məlumat verilib.
XəzərNews.az xəbər verir ki, münsiflər heyətinin tərkibində iştirak etmiş İlham Məmmədovun (Məmmədzadə) sözlərinə görə Moskvada keçirilən beynəlxalq müsabiqəyə 01.09.2017-01.10.2018 tarixləri aralığında icra edilən layihələr təqdim edilib. Müsabiqənin predmetləri gənclər, şirkətlər, agentliklər, yerli və regional icra orqanları, peşəkar assosiasiyalar, universitetlər və digər tədris və ixtisaslaşmış müəssisələr tərəfindən reallaşdırılmış kommunikasiya layihələri təşkil edib.

PR mütəxəssis bildirib ki, müsabiqəyə təqdim edilən layihələrə qarşı bir sıra tələblər irəli sürülüb. Belə ki, bu layihələr özündə etik qaydalara cavab verməli, spirtli içkilər, tütün məmulatları, zorakılıq, milli və digər ayrıseçkiliklər daşımamalıdılar: “Müsabiqəyə dünyanın 20-ə yaxın ölkəsindən 10 nominasiya üzrə yüzdən artıq layihə təqdim edilmişdi. Bunlar “Korporativ kommunikasiyalar”, “Rəqəmsal və SMM Layihələr”, “Sosial layihələr”, “İlin ən yaxşı tədbiri”, “İctimai layihələr”, “Ümumi layihələr”, “Marketinq kommunikasiyaları”, “Ən yaxşı könüllü layihəsi”, “Ən yaxşı mədəni layihə” və “İdman kommunikasiyası sahəsində ən yaxşı layihə” nominasiyaları olub”.
İ.Məmmədzadə yaxın gələcəkdə bu müsabiqənin Azərbaycanda da baş tutacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, İlham Məmmədzadə (Məmmədov) uzun illər ölkə mediasında jurnalist kimi, daha sonra isə dövlət və özəl sektorda ictimaiyyətlə əlaqələr sektorunda rəhbər vəzifələrdə çalışıb. O, həmçinin “Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının” (APRA) həmtəsisçisi, “Baku School of Public Relations” şirkətinin rəhbəridir. Hazırda İlham Məmmədov “Veysəloğlu” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəridir.


Xəbər 2036 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +