Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


16.07.2018  16:49 

Gömrük Komitəsində görüş keçirilib





A+  A-

Dövlət Gömrük Komitəsində Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusovla görüş keçirilib.
XəzərNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev Azərbaycan və Rusiya arasında bütün sahələrdə mehriban qonşuluq və səmərəli əməkdaşlıq əlaqələrindən, qarşılıqlı münasibətlərin inkişafından bəhs edib.

İqbal Babayev iki ölkə arasında gömrük sahəsində də səmərəli və işgüzar əlaqələrin qurulduğunu, birgə layihələrin icra edildiyini, təhlükəsizliyin təmin olunması, fiskal siyasətin həyata keçirilməsi sahəsində qarşılıqlı fəaliyyətin təşkil olunduğunu bildirib. Rusiya Federasiyasının Azərbaycan Respublikasının ən böyük ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdıran Komitə sədrinin müavini iki ölkənin iqtisadi baxımdan paralel inkişaf etdiyini vurğulayıb.

Rusiya Gömrük Akademiyasının rəisi, professor Vladimir Mantusov Azərbaycana ilk dəfə səfər etdiyini və burada gördüklərinin xoş təəssüratlar yaratdığını vurğulayıb. Paytaxt Bakının sürətlə inkişaf etdiyini bildirən rusiyalı qonaq Azərbaycanın ixrac potensialının və hazır məhsul istehsalının sürətlə artdığını qeyd edib. Qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların artıq nəticə verdiyi qənaətinə gələn Vladimir Mantusov bunun da iqtisadi artıma müsbət təsir göstərən mühüm amillərdən biri olduğunu vurğulayıb.

Rusiya Gömrük Akademiyasının rəisi ikigünlük səfəri zamanı Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında görüşlər keçirəcək, təhsil müəssisəsinin təlim-tədris bazasıyla tanış olacaq.

Eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Ofisinin fəaliyyətilə tanışlıq nəzərdə tutulur.

Xəbər 1583 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +