Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


30.01.2024  15:39 

MSK-nın göndərdiyi SMS-lər qanunsuzdur, yoxsa?





A+  A-

Son günlər Mərkəzi Seçki Komissiyası (MSK) adından növbədənkənar prezident seçkiləri ilə bağlı vətəndaşlara göndərilən SMS-lər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xəzərnews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, sosial şəbəkə iştirakçılarından bəziləri hər gün davamlı olaraq göndərilən SMS-lərdən narazılıqlarını bildirirlər.

Məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən iqtisadçı-ekspert Allahverdi Aydın iddia edir ki, MSK adından göndərilən SMS-lər qanunsuzdur.

İqtisadçı bildirir ki, MSK-nın göndərilən SMS-lər üçün nə qədər pul xərclədiyi bilinmir:
“Mobil operatorlar “Bulk SMS” dediyimiz kütləvi SMS xidmətlərini özləri birbaşa deyil, tərəfdaş şirkətlər vasitəsi ilə həyata keçirirlər. MSK da bu xidməti hansısa şirkət(lər) vasitəsi ilə həyata keçirməlidir. Bunun üçün də ən azından tender keçirilməlidir. Amma ortada belə bir tender yoxdur. Yəni, MSK-nın göndərdiyi SMS-lər qanunsuzdur.
Hesablama Palatası istəsə, bunun haqq-hesabını çox asanlıqla MSK-dan soruşa bilər...”

Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli isə bildirir ki, vətəndaşlara göndərilən SMS-lər MSK ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil operatorlar vasitəsilə birgə həyata keçirdiyi sosial layihədir və bunun üçün hər hansı maliyyə vəsaiti nəzərdə tutulmayıb.

Vətəndaşlara SMS göndərən mobil operatorlardan birindən – “Azercell”dən Yeniavaz.com-un sorğusuna cavab olaraq verilən açıqlamada isə qeyd olunur ki, müvafiq SMS göndərişi ödənişsiz həyata keçirilir:

“Müasir dünyada qabaqcıl şirkətlər idmandan mədəniyyət və incəsənətədək, təhsildən səhiyyəyədək, ekologiyadan iqtisadiyyatadək müxtəlif aspektləri özündə birləşdirən korporativ sosial məsuliyyətə xüsusi dəyər verirlər. “Azercell Telekom” MMC də yarandığı gündən sosial məsuliyyətə fokuslanır və əhalinin bütün təbəqələrini diqqət mərkəzində saxlayaraq müxtəlif layihələrdə iştirak etməkdədir. Bu baxımdan bütün seçiciləri prezident seçkilərində fəal iştirak etməyə çağırmaq məqsədi ilə “Azercell Telekom” MMC tərəfindən məlumat xarakterli SMS-lər göndərilir”.


Xəbər 1362 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +