İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


07.03.2025  13:06 

Rusiya Paşinyanı bağışlayacaqmı?





A+  A-

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib. Ancaq tezliklə bitməsi ehtimalı son dərəcə yüksəkdir. Artıq Ermənistan hərəkətə keçib. Qərbə yaxınlaşmaq üçün ifrat dərəcədə Rusiyaya qarşı çıxan Nikol Paşinyan indi Moskvaya tərəf istiqamət alır. Rusiya Paşinyanı bağışlayacaqmı? Məncə, Putin nəyin bahasına olursa-olsun Nikol Paşinyanı devirməyə çalışacaq.

O da sirr deyil ki, artıq Ermənistandakı Rusiyayönümlü qüvvələr ciddi şəkildə fəallaşıb. Aydındır ki, bu qüvvələr tezliklə Rusiyanın hərtərəfli dəstəyi ilə meydanlara axışacaqlar.
Rusiyanın qəzəbindən qurtulmaq üçün Nikol Paşinyanın sadəcə bir yolu var. Öz başının çarəsinə qalan Qərb Ermənistanın baş nazirinə kömək edən deyil. Bu, birmənalıdır.

Yalnız Türkiyə+Azərbaycan ittifaqı Nikol Paşinyanın xilaskarına çevrilmək gücündədir.
Məncə, Nikol Paşinyan Rusiya-Ukrayna anlaşmasından əvvəl bu işi bitirməlidir. Bu iş bu anlaşmadan sonraya qalsa, Nikol Paşinyanı devirəcəklər...

Nikol Paşinyanı devirsələr nə olacaq? Rusiyapərəst qüvvələr Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Ümumiyyətlə, Azərbaycanla münasibətlərin normalaşmasını istəmirlər. Ancaq bu, önəmli deyil. Önəmli olan odur ki, Rusiya Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında açılmasında maraqlıdır. Deməli, Paşinyan olsa da, olmasa da Zəngəzur dəhlizi açılacaq.

Mən öz payıma N.Paşinyanın devrilməsini heç istəməzdim. Çünki onun iqtidarda olması bizim maraqlarımıza daha çox cavab verir. Ancaq biz onun yerinə qərar verə bilmərik. Qərarı özü, özü də mümkün qədər tez verməlidir. Yoxsa bir az sonra çox gec ola bilər...

Əlbəttə, Rusiya-Ukrayna müharibəsinin uzanması ehtimalı da az deyil. Dəqiq olan odur ki, bu müharibənin başa çatması Rusiyanın qol-qanadını açacaq. Bu isə Nikol Paşinyana yaxşı bir şey vəd etmir...

Elbəyi Həsənli
Sürix


Xəbər 1284 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +