Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


16.02.2017  11:25 

ABŞ və Rusiyanın Baş Qəraragah rəisləri niyə Bakını seçdi? – Sirrin üstü AÇILDI





A+  A-


Xəbər verildiyi kimi bu gün ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov görüşəcəklər.

Bu, 2014-cü ildən bəri Rusiya ilə ABŞ arasında baş tutacaq ən yüksək səviyyəli hərbi danışıqlardır. Gözlənilir ki, tərəflər Suriyadakı hərbi əməliyyatları, İŞİD-ə qarşı birgə mübarizəni və Ukraynadakı situasiyanı, habelə son vaxtlar artan nüvə təhdidlərini və digər məsələləri müzakirə edəcəklər.

Generalların görüşmək üçün niyə məhz Bakını seçdikləri müəmmalı idi. Ancaq ehtimal edilirdi ki, bu, ABŞ-la Rusiya arasında indiki mürəkkəb münasibətlər fonunda belə görüşün tərəflərdən hansısa birinin paytaxtında təşkilinin qeyri-mümkün olması ilə əlaqəlidir.

XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, “The New York Times” bu müəmmanın səbəbini açıb. Qəzetin yüksək rütbəli rəsmilərə istinadən məlumatına görə, görüşü təşkil etmək asan olmayıb, bu haqda müzakirələr aylarla davam edib. Əvvəlcə Rusiya amerikalı generalın Moskvaya, ya da Belarusun paytaxtı Minskə gəlməsini istəyib. Pentaqon isə bu variantdan imtina edərək görüş üçün Şərqi Avropanı üstün tutduğunu bildirib. Ancaq Ukrayna məsələsindən sonra Avropa Birliyi digər Rusiya rəsmiləri kimi Valeri Gerasimova da sanksiya qoyduğundan, bu variant da baş tutmayıb. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçiblər.

Generalların Bakı görüşünün mövzusu haqda detallı bilgi verilmir. Pentaqonun yaydığı məlumatda görüşdə ABŞ və Rusiyanın hərbi münasibətlərinin, mümkün problemləri önləməkdən ötrü vacib olan əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi deyilir.

Generallar Danford və Gerasimovun Bakıda məhz harada görüşəcəyi məlum deyil. Eləcə də görüşün saatı və digər detallar haqda hələlik məlumat yoxdur.



Xəbər 2110 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +