FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


27.09.2021  12:00 

Anım günü 182 saylı orta məktəbdə belə qeyd olundu - Fotolar





A+  A-

Bu gün 182 saylı orta məktəbdə Anım günü ilə bağlı tədbir keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

XəzərNews xəbər verir ki, məktəbin 1b sinif rəhbəri Çinarə Nuxiyevanın təşkilatçılığı ilə təşkil olunan tədbirdə birincilər əsgər geyimində maraqlı ədəbi-bədii kompazisiya nümayiş etdiriblər.



Tədbirdə çıxış edən 182 saylı orta məktəbin direktoru Zinyət Tağıyeva 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbədən danışb. Direktor üzünü birincilərə tutaraq İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri və ordusunun qəhrəmanlığını, mübarizliyini və rəşadətini heç vaxt unutmamağı tövsiyyə edib: “Rəşadətli ordumuzun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Çox kiçik olsanız da bu şanlı tarixi qələbəni canlı gördüyünüz - yaşadığınız üçün fəxr etməlisiniz”.



182 saylı orta məktəbin direktor müavini, tarixçi Qoşqar Hümbətov isə 44 günlük müharibəni xronoloji ardıcıllıqla birincilərə danışıb. Qeyd edib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Xatırladaq ki, Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı tədbirlər planı”na və Təhsil İdarəsinin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar, açıq dərslər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.


Xəbər 2749 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +