FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


19.12.2019  12:21 

Lalə Şövkət parlament seçkisi ilə bağlı QƏRAR VERDİ





A+  A-

“Lalə Şövkətin 2020-ci ilin 9 fevralında keçiriləcək növbədənkənar parlament seçkisinə qatılmaq fikri yoxdur”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan partiya lideri Lalə Şövkətin növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmaması barədə danışarkən deyib.

ALP sədri Lalə Şövkətin seçki barədə fikirlərini bir cümlə ilə cavablandırıb. Bildirib ki, yeni parlamentin köhnədən fərqlənməyəcəyi düşüncəsindədirlər.

Əvəz Temirxan özünün də növbədənkənar parlament seçkisinə getməyəcəyini bildirib:

“Nə mən, nə də partiyamız seçkilərə gedir. 2010-cu ildə mən 23 nömrəli Nəsimi- Səbail seçki dairəsindən deputat seçilmişdim. Lakin, mənim mandatımı Ziyad Səmədzadəyə veridlər. Hələlik dəyişən bir şey yoxdur”.
Qeyd edək ki, Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 11 siyasi partiyanın səlahiyyətli nümayəndəsi qeydə alınıb. Bunlar aşağıdakılardı:

Yeni Azərbaycan Partiyası
Ümid Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Böyük Quruluş Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Demokrat Partiyası
Böyük Azərbaycan Partiyası
Vahid Azərbaycan Partiyası
"Ana Vətən” Partiyası.

Xəbər 1754 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +