FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


19.12.2019  12:09 

Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılacaq





A+  A-

Respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən daha 22 seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur.
Mərkəzdən XəzərNews.az-a bildirilib ki, “Qafqazda Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsi çərçivəsində quraşdırılacaq stansiyalardan 14-ü Xəzər dənizinin Azərbaycan sektoru boyunca sahilyanı quru ərazilərdə, 6-sı isə palçıq vulkanları ətrafında quraşdırılacaq.

Hazırda respublika ərazisində RSXM-nin 35 daimi seysmik stansiyası var. Bundan başqa “Qafqaz kəsilişi” layihəsi üzrə 17, eləcə də qruntun titrəyişini qeydə alan 10 stasionar Basalt seysmik stansiyalar işləyir. Yeni stansiyaların quraşdırılmasından sonra respublika ərazisində ümumilikdə 84 seysmik stansiya fəaliyyət göstərəcək.Qeyd edək ki, RSXM - də aparılan tədqiqatlar zamanı məlumat mübadiləsi əsasında sərhəd bölgəsində yerləşən Gürcüstanın Seysmoloji Xidmət Mərkəzinin 3, Türkiyənin isə 2 seysmik stansiyasının məlumatlarından da istifadə edilir.

Xəbər 1526 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +