FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


06.10.2017  18:49 

Çayların suyu nə qədər artıb?





A+  A-

Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublika çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
XəzərNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-180, Kiçik Qafqazın çaylarında 120-280, Lənkəran-Astara bölgəsi çaylarında 200-600 , Naxçıvan MR çaylarında isə 190 faizini təşkil edir.

Oktyabrın 06-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 42 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 146 m3/s olmaqla, ongünlük normanın 153 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Oktyabrın 06-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 18, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 40 sm artım, Bankədə isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 436 sm (2016-cı il oktyabrın 06-da 433 sm), Şirvanda 313 sm, Salyanda 264 sm (2016-cı il oktyabrın 06-da 321 sm), Bankədə 213 sm (2016-cı il oktyabrın 06-da 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2016-cı il oktyabrın 06-da 160 sm) təşkil edir.

Xəbər 1721 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +