FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


05.10.2017  16:12 

Yağışdan sonra çaylardakı son durum





A+  A-

Azərbaycanda bu gün axşam və sabah səhərdən artım müşahidə edilən çayların suyunun səviyyəsində enmə başlayacaq.
XəzərNews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, bu gün səhər Kür çayının yuxarı hissəsində suyun səviyyəsi 16 sm, Qanıx çayının yuxarı hissəsində 4 sm artıb.

Bu artımın elə də böyük olmadığını deyən baş hidroloq qeyd edib ki, Kiçik Qafqazın şimal-şərq yamacından axan Zəyəmçayda suyun səviyyəsi 5 sm artıb, Kürəkçayda, Gəncəçayda 2 sm azalıb. Böyük Qafqaz dağlarından axan Qudyalçayda suyun səviyyəsi 1, Vəlvələçayda 6 sm azalıb.

A.Verdiyev deyib ki, dünən axşam Lənkəran-Astara bölgəsində axan Viləşçayda suyun səviyyəsində kəskin artım olub. Səhər saatlarında isə çayda suyun səviyyəsində 70 sm azalma qeydə alınıb. Bu bölgədəki Lənkərançayda isə suyun səviyyəsi 20 sm artıb.

Çaylarda suyun səviyyəsinin artmasının son günlər yağan yağıntılarla əlaqədar olduğunu deyən A.Verdiyev əlavə edib ki, oktyabr-noyabr ayı Lənkəran-Astara bölgəsinə ən çox yağıntıların düşdüyü vaxtdır. Bu bölgə üçün belə yağışların düşməsi hazırkı dövr üçün xarakterikdir:
"Lənkəran-Astara bölgəsində çaylarda suyun səviyyəsi bundan da yüksək olub. Əvvəlki illərdə də sentyabr-oktyabr aylarında bu çaylarda suyun səviyyəsinin yüksəlməsi ilə əlaqədar subasma hadisələri olub".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artdığından Lənkəran və Astarada fərdi evləri su basıb, 367 nəfər təhlükəsiz yerlərə təxliyə edilib.

Xəbər 1587 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +