“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


19.04.2023  14:42 

20 günə şirkət yaratdılar, 80 mini yedirtdilər - Tender müəmması





A+  A-

Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhəri Üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

XəzərNews.az xəbər verir ki, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 79 min 84 manat 60 qəpik olan tender müsabiqəsinin qalibi “Lord333” MMC (VÖEN- 1406329811) olub.

“Lord333” MMC Şəhər Nümayəndəliyinin sifarişilə Göygöl şəhərində 86 ədəd küçə işıqlandırma sisteminin təmiri və yenilərinin quraşdırılması işlərini həyata keçirəcək.
Nizamnamə kapitalı 10 manat olan “Lord333” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 MKR, ev 23, m. 48-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimov Əli Məhəmməd oğludur.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Lord333” MMC tender müsabiqəsinin başlamasından cəmi 20 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsi 22.02.2023-cü il tarixində başlayıb, tenderin qalibi olan “Lord333” MMC isə 01.02.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 20 gün əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqəsində (işıqlandırma sisteminin təmiri və quraşdırılması) qalib olması başa düşülən deyil.

“Lord333” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 80 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

Xəbər 1094 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +