Zelenski ilə razılaşmaq məcburiyyətindəyik - Tramp
Gündə min günah yuyuram! - Əli Hacı Ağaevli
Flora Kərimovanın səsi batdı
Sabiq nazirin ailəsinin 55 min dolları və 156 qızılı oğurlanıb
Aİ-nin monitorinq missiyası İranla birlikdə Azərbaycana qarşı... – Politoloq
Azərbaycanlı tələbələr ermənilərə imkan vermədi - ABŞ-də
Ermənistan dezinformasiya yayıb - Rəsmi
Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video


05.09.2021  09:17 

“Buraxılan qolda top meydanı tərk etmişdi” - De Byazi





A+  A-

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçirdikləri oyunu şərh edib.
XəzərNews.az xəbər verir ki, italiyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Qələbə qazanmaq üçün təcrübə çatmadı. Oyuna yaxşı başlamadıq. İlk 10 dəqiqədən sonra tədricən toparlandıq. Oyunumuzda inkişaf görünür. Rəqib hesabda geridə olduğu üçün daha çox hücum edəcəyi gözlənilən idi. İkinci hissədə əvəzləmə edərək oyunu daha çox hücumda keçirdilər. Bununla belə, rəqibi çətin vəziyyətlərə saldıq. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun meydanı tərk etdiyi açıq-aşkar görünürdü. Bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq. Ümumi götürsək, nəticəni qənaətbəxş hesab edirəm.

Heç vaxt futbolçularıma müdafiədə oynamağı tapşırmamışam. Daha çox topla oynamalarını, pressinq tətbiq etmələrini istəmişəm. Taktiki baxımından yaxşı oyun göstərdik. Daha da inkişaf etməliyik. Rəqib reytinq cədvəlində irəlidə olsa da, bu fərq komandaların oyununda hissi olunmurdu. Son dəqiqələrdə oyuna sonradan daxil olan Rüstəm zədəli oynayırdı, tam gücü ilə çıxış etmirdi. Demək olar ki, azlıqda oynayırdıq. Belə olmasaydı, rəqibin qapısında daha çox təhlükəli epizodlar yaradardıq”.

Xəbər 2187 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +