“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters


26.06.2019  10:56 

Azərbaycanda tanınmış jurnalistin maşınını qarət etmək istədilər - Fotolar





A+  A-

Tanınmış jurnalist və PR mütəxəssisi İlham Məmmədzadənin maşınını qarət etmək istəyiblər.
XəzərNews.az-ın məlumatına görə, faktı Azadinform-a təsdiq edən İ. Məmmədzadə bildirib ki, hadisə ötən gecə, saat 01:20 radələrində yaşadığı Sumqayıt şəhəri, 35-ci məhəllədə baş verib.

Jurnalist qeyd edib ki, oğrular maşının qabaq yan şüşəsini sındıraraq içinə girmək istəyiblər: “Bu zaman siqnalizasiya işə düşüb. Mən maşına yaxınlaşana qədər hadisəni törədənlər qaçıb getmişdilər. Siqnalizasiyanın işə düşməsi oğruların maşından nə isə götürməsinə imkan verməyib”.

İ. Məmmədzadə vurğulayıb ki, hadisə ilə bağlı dərhal DİN-nin 102 xidmətinə zəng vurub: “Gecəni Sumqayıt şəhər Polis İdarəsində keçirmişəm. Yaxınlıqda müşahidə kameraları var. Yəqin ki, polis cinayətkarın tapılması istiqamətində zəruri tədbirlər görəcək”.





Xəbər 1536 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +